Digər

NYT NATO ilə bağlı səhv etdi - Siyasi mesaj?

04 Apr 2026, 22:34 2 baxış
NYT NATO ilə bağlı səhv etdi - Siyasi mesaj?

Çap başlığında NATO-nun adını səhv yazmışdıq. Səhv etdikdə redaktorlar nə baş verdiyini müzakirə edir və oxuculara doğru məlumat vermək üçün düzəliş hazırlayırlar. Daha sonra biz məqalədəki səhvi düzəldir və dərc edirik.


Axar.az xəbər verir ki, bunu “Nyu York Tayms” qəzetinin sözçüsü Çarli Stadlender X hesabında yazıb.


“Səhvlərə ciddi yanaşırıq və onların aradan qaldırılmasını təmin edən redaktorlarımız var. Şəffaflıq məsuliyyətli və müstəqil jurnalistikanın təməl prinsiplərindən biridir. Bu hər həftə “Nyu York Tayms”a müraciət edən on milyonlarla insan, o cümlədən təxminən 13 milyon abunəçimiz qarşısında olan öhdəliyimizdir”, - deyə sözçü bildirib.


Qeyd edək ki, “Nyu York Tayms” ötəngünkü sayında alyansın adını "Şimali Atlantika Müqaviləsi Təşkilatı" yerinə "Şimali Amerika Müqaviləsi Təşkilatı" kimi qeyd etmişdi. Qəzet bunun səhv olduğunu bildirsə də, oxucular qəsdən edildiyi və siyasi mesaj olduğu barədə iddialar irəli sürüblər.

Mənbə axar.az

Oxşar Xəbərlər