Digər

Xark adasından neft ixracı artıb... – Əhmədi

04 Apr 2026, 17:04 2 baxış
Xark adasından neft ixracı artıb... – Əhmədi

ABŞ və İsraillə davam edən müharibəyə baxmayaraq, İranın əsas neft ixrac terminalı olan Xark adasından neft ixracı artıb.


Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin enerji komissiyasının rəhbəri Musa Əhmədi İSNA agentliyinə deyib.


“Xark adasına son günlər edilən səfərlər və aparılan görüşlərdən sonra qeyd etməliyəm ki, neft ixracı azalmayıb, əksinə artıb”, - o vurğulayıb.


Qeyd edək ki, Xark adası İranın qərb sahillərində yerləşir və ölkə üçün həyati əhəmiyyətə malik neft ixrac terminalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər