Digər
Rusiyanın 16 regionuna kütləvi PUA hücumu edildi
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 192 PUA-nı vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Voronej, Novqorod, Kursk, Kaluqa, Pskov, Rostov, Ryazan, Smolensk, Tula, Tver, Orel, Moskva vilayətləri, Krasnodar diyarı və Krım üzərində 192 Ukrayna PUA-sını zərərsizləşdirib.
Mənbə
axar.az