Digər

Aprel döyüşləri iştirakçısı: "Dəfələrlə ölümlə üz-üzə qalmışıq" - VİDEO

02 Apr 2026, 13:32 2 baxış
Aprel döyüşləri iştirakçısı: "Dəfələrlə ölümlə üz-üzə qalmışıq" - VİDEO
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından biri, tarixə "Aprel döyüşləri" adı ilə həkk olunan 4 günlük hərbi toqquşmadan 10 il ötür. Azərbaycan tarixində dönüş nöqtələrindən biri kimi yadda qalan, cəmi bir neçə gün davam edən bu hərbi əməliyyatlar ordumuzun gücünü və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri iştirakçısı Əhliyət Mehdiyev həmin döyüşlərin Vətən müharibəsinə gedən yolda bir qığılcım olduğunu Baku TV-yə deyir.
"Dəfələrlə ölümlə üz-üzə qalmışıq. Lakin heç biri bizi geriyə çəkə bilməyib, əksinə, daha da əzmkar olmuşuq. Döyüş yoldaşım erməni əsgərini əzib şəhadətə qovuşdu. Yaralı əsgərlərimiz orada qalıb sona qədər döyüşmək istəyirdilər", - deyə Ə.Mehdiyev qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər