Amerikalı jurnalisti kim oğurlayıb?
ABŞ-ın Bağdadda qaçırılan jurnalisti Şelli Kitlsonun “Kətaib Hizbullah” tərəfindən oğurlandığı güman edilir.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin jurnalisti Toni Çenq məlumat yayıb.
“ABŞ səfirliyinin Bağdadda mümkün hücumlar barədə xəbərdarlığının nədən qaynaqlandığından əmin deyilik. Son 48 saatda dəyişən tək şey 49 yaşlı ABŞ jurnalisti Şelli Kitlsonun oğurlanmasıdır. O, çərşənbə axşamı Bağdadda oğurlanıb. O vaxtdan bəri ondan heç bir xəbər yoxdur.
Düşünürük ki, o, “Kətaib Hizbullah” adlı bir qrup tərəfindən oğurlanıb. Bu mərhələdə fidyə olub-olmadığı və ya qrupun şərtlər axtarıb-axtarmadığı məlum deyil.
ABŞ hökumətindən bu barədə çox az xəbər gəlir, amma başa düşdüyümüz qədərilə, İraq hökuməti ilə gizli danışıqlarda deyilir ki, əgər jurnalist növbəti 48 saat ərzində - bu gün azad edilməsə, çox sərt reaksiya olacaq”, - Çenq qeyd edib.