Digər

Müttəfiqlərsiz güclü ABŞ yoxdur - Polşa

02 Apr 2026, 08:30 2 baxış
Müttəfiqlərsiz güclü ABŞ yoxdur - Polşa

NATO ABŞ-sız mümkün olmadığı kimi, müttəfiqlərsiz də güclü ABŞ yoxdur.


Axar.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ Prezidenti Donald Trampın ABŞ-ın NATO-dan çıxmaq ehtimalı ilə bağlı sözlərinə reaksiya verərkən bildirib.


“Bu, hər iki istiqamətdə işləyir”, – deyə o vurğulayıb və liderləri “soyuqqanlılığı qorumağa” çağırıb.


“Bu gün dünya daha çox Yaxın Şərqə diqqət yetirir, lakin NATO-nun şərq cinahının təhlükəsizliyi ikinci plana keçmir. Polşa regionun təhlükəsizlik arxitekturasının qurulmasında burada əsas rol oynayır. Biz ardıcıl və müstəqil şəkildə həm öz gücümüzü, həm də alyansımızın gücünü möhkəmləndiririk”, - nazir vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər