Digər
Rostovda ikinci dron həyəcanı: Pəncərələrdən uzaq durun!
Rusiyanın Rostov vilayətində dron təhlükəsi elan edilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Vilayətdə vətəndaşlara “evə girin və pəncərələrdən uzaq durun” tövsiyəsi verilib.
Bundan əvvəl, aprelin 1-də Moskva vaxtı ilə saat 12:13-dən 13:49-dək Rostov-na-Donu şəhərində də dron təhlükəsi elan edilmişdi.
Mənbə
axar.az