Digər

İranın 3 raketini, 17 PUA-sını vurduq - Küveyt

01 Apr 2026, 22:36 2 baxış
İranın 3 raketini, 17 PUA-sını vurduq - Küveyt

Küveytin hava hücumundan müdafiə sistemləri ötən gün ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.


Axar.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.


Müdafiə Nazirliyinin sözçüsü Səud əl-Atvan qeyd edib ki, İranın əl-Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq anbarını hədəf alması nəticəsində baş verən yanğın söndürülüb. Bundan başqa, səmada zərərsizləşdirilmiş raketin qəlpələri yaşayış binasına düşüb.


Xəsarət alanlar olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər