Cəmiyyət
Saray qəsəbəsində sürücülər üçün təhlükəli vəziyyət: "Gecə saatlarında qəza riski xeyli artır" - VİDEO
Bakı şəhərindən Saray qəsəbəsi istiqamətində, həmçinin qəsəbənin daxili yolların işıqlandırılması ilə bağlı problemdən sürücülər şikayət edirlər. Onların sözlərinə görə, ərazidə işıq dirəkləri quraşdırılsa da, axşam saatlarından etibarən işıqlar yanmır. Bu isə, xüsusilə gecə saatlarında və əlverişsiz hava şəraitində qəza riskini xeyli artırır. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər hava şəraitinin kəskin yağışlı keçməsi ilə əlaqədar gecə işıqlandırma xətlərində texniki nasazlıqlar baş verib:
"Bununla əlaqədar olaraq yaxın günlərdə cari təmir işləri aparılacaq və qısa zaman kəsiyində yaranan problem aradan qaldırılacaq".
"Bununla əlaqədar olaraq yaxın günlərdə cari təmir işləri aparılacaq və qısa zaman kəsiyində yaranan problem aradan qaldırılacaq".
Mənbə
oxu.az