Cəmiyyət

ADY bayram günlərində daşınan sərnişinlərin sayını açıqladı

31 Mar 2026, 14:38 2 baxış
ADY bayram günlərində daşınan sərnişinlərin sayını açıqladı

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 19-30 mart tarixlərində 212 min 574 sərnişin daşıyıb.


Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.


Bildirilib ki, bu müddət ərzində 179 min 570 sərnişin Abşeron dairəvi, 33 min 004 sərnişin isə rayonlararası marşrutlar üzrə daşınıb.


Rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 min 963 nəfər daşınıb.


Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 min 984 sərnişin istifadə edib.


Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 min 561 nəfər olub.

Mənbə axar.az

Oxşar Xəbərlər