Cəmiyyət

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO

31 Mar 2026, 13:15 2 baxış
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.
{{gallery}} Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub. Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər