Cəmiyyət

Daşkəsəndə damı uçan binanı su basır - VİDEO

31 Mar 2026, 13:18 2 baxış
Daşkəsəndə damı uçan binanı su basır - VİDEO
Ötən ay Daşkəsən rayonunda əsən güclü külək bir sıra ciddi fəsadlar törədib. Baku TV-nin məlumatına görə, təbii fəlakət nəticəsində rayonun Daşkəsən qəsəbəsi ərazisində yerləşən ikimərtəbəli yaşayış binasının dam örtüyü uçub, lakin hələ də təmir edilməyib.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət səbəbindən bina getdikcə yararsız hala düşür. "Evdə hər tərəfə vanna qoymaqdan bezmişik. Yağış yağan kimi evin içi su olur. Harasa gedib qayıdanda görürsən ki, evi su basıb", - deyə sakinlərdən biri bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər