Cəmiyyət

"Saatlıda yaşıllıq ərazidə yulğunlar qəsdən məhv edilir" - İDDİA - VİDEO

31 Mar 2026, 13:50 2 baxış
"Saatlıda yaşıllıq ərazidə yulğunlar qəsdən məhv edilir" - İDDİA - VİDEO
Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia olunub. Bu barədə Oxu.Az-a müraciət edən Minbaşı kəndi sakini bildirib ki, yaşıllıq sahəyə göbələk yığmaq üçün getdikdə yulğunların qurudulduğunu görüb. O iddia edib ki, yulğunların hamısı kəsilib və dibinə benzin tökülərək qurudulub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, sözügedən məsələ hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır:
"Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək".
"Saatlıda yaşıllıq ərazidə yulğunlar qəsdən məhv edilir" - İDDİA - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər