Cəmiyyət

Azərbaycanda bostan sahələri yarıbayarı AZALIB

31 Mar 2026, 14:02 2 baxış
Azərbaycanda bostan sahələri yarıbayarı AZALIB
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda bəzi yazlıq bitkilərin əkin sahələrində kəskin azalma qeydə alınıb. Oxu.Az-ın məlumatına əsasən, ən ciddi azalma bostan bitkilərində müşahidə olunub. Belə ki, bostan məhsullarının əkin sahəsi ötən ilin eyni dövründəki 57 hektardan 30.5 hektara düşüb. Bu isə 46.5% azalma deməkdir. Eyni dövrdə tərəvəz və kartof əkinlərində də geriləmə qeydə alınıb. Tərəvəz sahələri 11 761.3 hektardan 11 173.1 hektara enib. Kartof əkin sahəsi isə 10 007.5 hektardan 9 877.7 hektara düşüb. Bununla yanaşı, bəzi sahələrdə artım müşahidə olunub. Şəkər çuğundurunun əkin sahəsi 315 hektardan 435.8 hektara yüksəlib. Çoxillik otların əkin sahəsi də artaraq 23 511.7 hektara çatıb. Qarğıdalı əkinində də artım qeydə alınıb və sahə 40 hektara yüksəlib. Dən üçün günəbaxan əkin sahəsi isə kəskin şəkildə azalaraq 44 hektardan 10 hektara düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər