Cəmiyyət

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək

31 Mar 2026, 11:22 2 baxış
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək
Aprelin 5-də Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Şagirdlər və ya onların valideynləri "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər: - şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir)); - imtahana buraxılış vәrәqәsini. İmtahan qaydalarına aid "Yaddaş kitabçası" ilə buradan tanış olmaq mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər