Cəmiyyət

Qusarın Balaqusar kəndində ACINACAQLI MƏNZƏRƏ: Çay sahili zibilliyə çevrilib - VİDEO

31 Mar 2026, 10:58 2 baxış
Qusarın Balaqusar kəndində ACINACAQLI MƏNZƏRƏ: Çay sahili zibilliyə çevrilib - VİDEO
Qusar rayonunun Balaqusar kəndində çay sahilinin vəziyyəti sakinlərin narahatlığına səbəb olub. Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, çayın kənarı tamamilə zibillə örtülüb və ərazi baxımsız vəziyyətdə qalıb. "Çay sahilində məişət tullantılarının yığılması nəticəsindən bu ərazidən keçmək mümkün deyil. Antisanitariya baş alıb gedir. Məsul qurumlar tərəfindən nəzarət, demək olar ki, yox dərəcəsindədir", - deyə şikayətdə bildirilir. Oxu.Az-ın sorğusuna cavab olaraq Balaqusar kənd bələdiyyəsindən fakt təsdiqlənib. Qeyd olunub ki, ən yaxın vaxtda ərazi məişət tullantılarından təmizlənəcək. "Xəbərimiz var. Sözügedən ərazi çay sahili olduğu üçün təmizlənməsi üçün xüsusi texnikaya ehtiyac var. Bu gün ərazini təmizləmək imkanımız yoxdur, çünki yağan leysan yağışları ilə əlaqədar texnika başqa vacib işləri görməyə yönləndirilib. Sabah ərazi məişət tullantılarından təmizlənəcək və bu barədə məlumat veriləcək", - deyə kənd bələdiyyəsindən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər