Dünya

İran Hörmüzdən keçən gəmilərə rüsum tətbiq etmək planını təsdiqlədi

30 Mar 2026, 23:00 2 baxış
İran Hörmüzdən keçən gəmilərə rüsum tətbiq etmək planını təsdiqlədi
İran parlamentinin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərdən rüsum tutulması planını təsdiqləyib. Oxu.Az bildirir ki, bu barədə "Tasnim" agentliyi komitə üzvünə istinadən məlumat yayıb. Onun sözlərinə görə, boğazda gəmiçiliyin tənzimlənməsi üzrə yeni plan ABŞ, İsrail və ya əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulmasını da nəzərdə tutur. Qeyd olunur ki, rüsumların ödənişi İran rialı ilə həyata keçirilməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər