Dünya

ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir

30 Mar 2026, 21:12 2 baxış
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edir. Oxu.Az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti "Bloomberg News" agentliyinə məlumat verib. "ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etməsi prezidentin Venesuela üzrə üçmərhələli planının həyata keçirilməsində əsas mərhələdir", - deyə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib. Dövlət Departamentindən qeyd olunub ki, səfirliyin fəaliyyətinin bərpası ABŞ-nin Venesuelanın müvəqqəti hökuməti, vətəndaş cəmiyyəti və özəl sektoru ilə birbaşa qarşılıqlı əlaqə qurmaq imkanlarını gücləndirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər