Dünya

Marko Rubio: "Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar"

30 Mar 2026, 20:06 2 baxış
Marko Rubio: "Tehranda bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar"
"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar". Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio "ABC News" telekanalının efirində bildirib. "Aydındır ki, bizimlə elə şəkildə danışan insanlar var ki, daha əvvəl İranı idarə edənlər o cür danışmırdılar", - deyə diplomat qeyd edib. M.Rubio ABŞ-nin İranda məhz kiminlə təmasda olduğunu açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu məlumatın açıqlanması həmin şəxslərin ölkə daxilində digər qruplarla münasibətlərinə mənfi təsir göstərə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər