Dünya
Trampdan İran üçün SON XƏBƏRDARLIQ - Mümkün hücum planlarını AÇIQLADI - FOTO
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında aparılan danışıqların uğursuzluqla nəticələnəcəyi halda İranın bütün enerji infrastrukturunu, neft yataqlarını və Xarq adasını darmadağın edəcəyi ilə bağlı xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, o, bu sərt bəyanatını "Truth Social" sosial şəbəkəsindəki hesabında yayımlayıb. "Əgər yaxın zamanlarda hər hansı bir səbəbdən ortaq məxrəcə gəlinməzsə, biz indiyədək qəsdən toxunmadığımız bütün elektrik mərkəzlərini, neft quyularını və Xarq adasını tamamilə partladıb yox etməklə İrandakı fəaliyyətimizə son verəcəyik", - deyə D.Tramp paylaşımında vurğulayıb.
Xarici media orqanlarının yaydığı məlumata əsasən, ABŞ ordusu quru hücumlarına da hazırlıq görür. Bu planlar çərçivəsində Xarq adasının ələ keçirilməsi və Hörmüz boğazı istiqamətində reydlərin aparılması nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, bu ssenaridə ABŞ silahlı qüvvələri üçün ən böyük çətinlik şəxsi heyəti İranın raket hücumlarından və pilotsuz uçuş aparatlarından (PUA) müdafiə etmək olacaq.

Mənbə
oxu.az