Cəmiyyət

Sumqayıtda fövqəladə vəziyyət: Sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDADIR - VİDEO

29 Mar 2026, 13:30 2 baxış
Sumqayıtda fövqəladə vəziyyət: Sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDADIR - VİDEO
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yaşayan sakinlərin həyatı və əmlakı üçün ciddi təhlükə yaranıb. Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, artıq iki gündür Samur-Abşeron kanalının ərazidən keçən hissəsindən güclü təzyiqlə axan su yaşayış sahəsinə dolur. Nəticədə su kütləsi hasar və divarları dağıdaraq evlər üçün çökmə riski yaradıb. Bildirilir ki, suyun axını hələ də davam edir və vəziyyət getdikcə daha da kritik xarakter alır. Ərazidə yaşayan sakinlər aidiyyəti qurumlardan təcili müdaxilə və yardım göstərilməsini tələb edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər