Cəmiyyət
Yağıntılar tədricən zəifləyib, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Martın 29-u saat 12:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağda 53, Qrızda 8, Kəlbəcərdə 5, Laçın, Xınalıqda 3 sm-dir.
Mənbə
oxu.az