Cəmiyyət

Xaçmazda evlərə su doldu: 22 nəfər təxliyə edildi - FOTO - VİDEO

28 Mar 2026, 15:08 2 baxış
Xaçmazda evlərə su doldu: 22 nəfər təxliyə edildi - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər