Cəmiyyət
Sabunçudan ŞİKAYƏT: "Üç ay əvvəl təzə kanalizasiya xətti çəkirdilər, işi yarımçıq qoydular" - VİDEO
Martın 27-si səhər saatlarından yağan intensiv yağışlar səbəbi ilə paytaxtın bir sıra küçə və prospektlərində yollar keçilməz vəziyyətə düşüb. Baku TV-nin çəkiliş qrupu Sabunçu rayonu Yavər Əliyev küçəsindəki vəziyyəti diqqətə çatdırıb.
Qeyd edilib ki, küçəni su basıb və avtomobillə belə hərəkət etmək çətinləşib. "Bizim yolumuz 3 ildən çoxdur ki, kanalizasiya sistemi ilə əlaqədar bərbad vəziyyətdədir. 3 ay əvvəl təzə xətt çəkməyə başlamışdılar. Amma iki həftə əvvəl işi yarımçıq qoydular. İndi isə küçəni su basır. Heç bir qurum da maraqlanmır", - deyə sakin narazılığını bildirib.

Mənbə
oxu.az