Cəmiyyət

Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb? - RƏSMİ AÇIQLAMA

28 Mar 2026, 14:00 2 baxış
Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb? - RƏSMİ AÇIQLAMA
Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib. Açıqlamada qeyd olunub ki, buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcə də elektrik yarımstansiyalarına, paylayıcı qurğulara (PQ), transformator məntəqələrinə (TM) dolmasıdır: "Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində, 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməməsi "Azərişıq" ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq, "Azərişıq" ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışırlar. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Qısa zaman ərzində sözügedən ərazilərdə elektrik enerjisi tam bərpa ediləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər