Cəmiyyət

Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA

28 Mar 2026, 12:00 2 baxış
Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA
Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar fonunda sürüşmə riski ilə bağlı vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı proseslərin dinamikasında hər hansı dəyişiklik qeydə alınmayıb. Məlumatda vurğulanıb ki, mövcud sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur: Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev də qeyd edib ki, son günlər yeni sürüşmə zonaları da qeydə alınmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər