Cəmiyyət

Azərbaycana soyuq hava kütlələri daxil olub

26 Mar 2026, 15:38 2 baxış
Azərbaycana soyuq hava kütlələri daxil olub
Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək. "Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur", - Gülşad Məmmədova bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər