Cəmiyyət

Gəncədə sərxoş kişi evində yanaraq öldü

26 Mar 2026, 13:49 2 baxış
Gəncədə sərxoş kişi evində yanaraq öldü

Gəncədə sərxoş kişi evində yanaraq həyatını itirib.


Axar.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.


1960-cı il təvəllüdlü Zaur Məmmədovun evində yanğın hadisəsi baş verib. Yanğın söndürüldükdən sonra mənzildən Z.Məmmədovun yanmış meyiti aşkar edilib.


İlkin ehtimala görə, sərxoş vəziyyətdə olan Z.Məmmədov siqaret çəkərkən yuxulayıb və siqaret yerə düşüb. Nəticədə ev və sahibi yanıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər