Digər

İran bu adanı qoşunlarla gücləndirir - KİV

26 Mar 2026, 01:26 2 baxış
İran bu adanı qoşunlarla gücləndirir - KİV

İran ABŞ-ın mümkün quru əməliyyatına qarşı hazırlıq məqsədilə Xark adasını qoşunlarla, hava müdafiə sistemləri və minalarla gücləndirib.


Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


“ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, əməliyyat böyük risk daşıyır. Bunun səbəbi İranın çoxmərtəbəli müdafiələri və son vaxtlar yerləşdirdiyi hava hücumuna qarşı raketlər (MANPADS) və zirehlərə qarşı minalardır”, - məlumatda bildirilib.


Qeyd edək ki, ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün desant əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər