Digər

Kos: Ukraynanın AB-yə üzv olması qeyri-mümkündür

25 Mar 2026, 10:11 2 baxış
Kos: Ukraynanın AB-yə üzv olması qeyri-mümkündür

Ukraynanın 2027-ci ilə qədər Avropa Birliyinə daxil olması qeyri-mümkündür, ölkə AB-yə üzv olmaq üçün sülhə nail olmalı və islahatlar həyata keçirilməlidir.


Axar.az xəbər verir ki, bunu AB-nin Genişlənmə üzrə komissarı Marta Kos deyib.


Onun sözlərinə görə, Ukrayna qlobal rəqabət qabiliyyətinin artırılmasına kömək edə biləcək innovasiya, müdafiə və digər strateji sektorlarda AB üçün əsas tərəfdaşdır:


"Lakin buna baxmayaraq, Kiyevin gələn il AB-yə daxil olmaq ümidləri özünü doğrultmayacaq. Avropa Birliyinə üzv olmaq üçün Ukrayna iki əsas şərti yerinə yerinə yetirməlidir. Birincisi, sülh lazımdır - bu vacibdir. O zaman islahatlar həyata keçirməlidir. İnvestorlar Ukraynaya yalnız pul qazana bilsə və investisiyaları təhlükəsizlikdə olarsa gələcəklər".

Mənbə axar.az

Oxşar Xəbərlər