Digər

ABŞ İranla danışıqlara onu göndərə bilər

24 Mar 2026, 20:48 2 baxış
ABŞ İranla danışıqlara onu göndərə bilər

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.


Axar.az xəbər verir ki, bu barədə "Qardian" Pakistandakı mənbələrə istinadən məlumat yayıb.


"Parlamentin spikeri Məhəmməd Bağır Qalibaf İranın əsas müzakirəçisi kimi çıxış edə bilər",- mənbə bildirib.


Nəşrin İrandakı mənbələri isə bildirib ki, Tehran Vaşinqtona inamını itirib və ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff, eləcə də Amerika liderinin kürəkəni, əvvəllər tərəflər arasında təmaslar üzrə danışıqlar qrupuna rəhbərlik etmiş Cared Kuşnerlə dialoq aparmaq niyyətində deyil.


Bildirilib ki, nümayəndələrin görüşü hələ bu həftə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.


Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər