Digər
İrana hücum: 82 mindən çox tikili zədələndi
ABŞ və İsrailin İrana hücumları 498 məktəbə və 281 tibb müəssisəsinə ziyan vurub.
Axar.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrail qüvvələrinin İrana hücumları nəticəsində 82 mindən çox mülki tikili zədələnib və ya dağılıb.
Zərər görmüş tikililərə 62 min ev, 281 tibb mərkəzi, xəstəxana və aptek daxildir. Bundan əlavə, 498 məktəb, 17 xilasetmə məntəqəsi və 12 təcili yardım maşını zərər görüb.
Sevgi İsmayılbəyli
Mənbə
axar.az