Digər

Şakiranın ərəb ölkələrindəki konsertləri təxirə salındı

24 Mar 2026, 18:27 2 baxış
Şakiranın ərəb ölkələrindəki konsertləri təxirə salındı

Dünya şöhrətli müğənni Şakiranın Qətər və BƏƏ-də planlaşdırılan konsertləri təxirə salınıb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, sənətçinin 1 aprel tarixində Dohada keçirilməsi nəzərdə tutulan konserti regiondakı qeyri-sabit vəziyyət səbəbindən baş tutmayacaq.


Qeyd olunub ki, Əbu Dabidə 4 aprel tarixində keçirilməsi planlaşdırılan festival noyabr ayına keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər