Cəmiyyət
İDDİA: Xaçmazda onlayn bilet alan sərnişinlər avtobusa buraxılmayıblar - VİDEO
Xaçmaz rayonunda şəhərlərarası sərnişindaşıma ilə bağlı narazılıq yaranıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, onlayn bilet alan sərnişinlər 77-JM-411 dövlət qeydiyyat nişanlı avtobusa buraxılmayıblar. Sərnişin bildirib ki, sürücü yalnız özünün satdığı biletlərin sahiblərinə avtobusa minməyə icazə verib, onlayn bilet əldə edənlərə isə yer olmadığını deyib. "Onlayn bilet almışıq, amma bizi avtobusa buraxmırlar. Sürücü yalnız öz satdığı biletləri qəbul edir", - deyə sərnişin bildirib. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Mənbə
oxu.az