Digər
İsrail Beyrutu vurdu, 2 nəfər öldü
İsrail Müdafiə Ordusunun Livanın paytaxtı Beyruta endirdiyi zərbələr nəticəsində ən azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Livanın dövlət KİV-i bildiriblər ki, ötən gecə İsrail Beyrutun cənub ətraflarına azı 7 zərbə endirib.
Mənbə
axar.az