Cəmiyyət

Mingəçevirdə ağır qəza: Altı nəfər xəstəxanaya yerləşdirildi

24 Mar 2026, 02:16 2 baxış
Mingəçevirdə ağır qəza: Altı nəfər xəstəxanaya yerləşdirildi
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər yaralanıb. Oxu.Az "Telegraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, biri "Opel" markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan altı nəfər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər