Cəmiyyət
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür - VİDEO
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür. Oxu.Az xatırladır ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib.
Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə "şəhidliyin qismət olmasını" arzu edib. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və Talış yüksəkliklərinin alınmasında iştirak edib. P.Teymurov 3 aprel 2016-cı ildə şəhidlik zirvəsinə ucalıb. O, 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. Qeyd edək ki, 7 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Pəncəli Teymurova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Mənbə
oxu.az