Rusiyanın irəliləmək üçün məqsədi budur - Ekspert
Rusiya qüvvələri Konstantinovka istiqamətində hücumları gücləndirir və Qulyaypol yaxınlığında fəallaşıblar.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Andrey Kramarov bildirib.
Onun sözlərinə görə, Rusiyanın strateji məqsədi dəyişməyib — elə mövqelərə çıxmaqdır ki, oradan Slavyansk və Kramatorska hücum edə bilsinlər:
“Əgər onlar Konstantinovkanı ələ keçirsələr, Slavyansk istiqamətində irəliləmək imkanı əldə edəcəklər”.
Ekspert həmçinin Qulyaypol istiqamətində döyüşlərin fəallaşmasına da münasibət bildirib. Onun sözlərinə görə, ruslar cəbhə xəttini genişləndirməyi planlaşdırır ki, Donetsk vilayətinin cənubdan sərhədlərinə çıxmaq mümkün olsun.
Kramarov hesab edir ki, döyüşlərin intensivliyi yaxın vaxtlarda daha da artacaq.