Digər

Nigeriyada güclü partlayış baş verdi

17 Mar 2026, 01:04 2 baxış
Nigeriyada güclü partlayış baş verdi

Naməlum şəxslər Nigeriyanın şimal-şərqində bazar ərazisində və tədris xəstəxanasının yaxınlığında partlayış törədiblər. İlkin məlumatlara görə, ölənlər var.


Axar.az xəbər verir ki, bu barədə “The Cable” məlumat yayıb.


Partlayışlar Borno əyalətinin paytaxtı Mayduquridə baş verib. Əsas bazara və Mayduquri Universiteti Tədris Xəstəxanasına zərər dəyib. Hakimiyyət orqanları sakinlərdən təmkinli olmağı və ərazidən uzaq durmağı xahiş edib. Axtarış-xilasetmə əməliyyatları davam edir.


Qeyd edək ki, Mayduquri Nigeriya təhlükəsizlik qüvvələrinin əsas düşməni olan ekstremist qrup Boko Haramın 2009-cu ildə yaradıldığı şəhərdir.

Mənbə axar.az

Oxşar Xəbərlər