Digər

Bir milyondan çox livanlı ölkəni tərk etdi

17 Mar 2026, 00:43 2 baxış
Bir milyondan çox livanlı ölkəni tərk etdi

Son iki həftə ərzində hərbi eskalasiya səbəbindən bir milyondan çox livanlı ölkənin cənub bölgələrini və Beyrutun ətraf zonalarını tərk edib.


Axar.az xəbər verir ki, bu barədə Livanın Sosial İşlər Nazirliyinin məlumatında deyilir.


Açıqlamada bildirib ki, Livanda məcburi köçkünlərin sayı 1.049.328 nəfərə çatıb, onlardan 132.742 nəfəri qaçqın qəbulu mərkəzlərində qeydiyyatdadır və 622 kollektiv sığınacaqda yerləşdirilib.


Qeyd edilir ki, İsrailin bombardmanlarının artması səbəbindən vətəndaşların əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb. Son günlərdə Beyrutun cənubundakı yeddi ətraf ərazi tamamilə boşalıb, hava hücumları ilə Hizbullahın hədəfləri məhv edilib.


İsrail ordusu livanlılara növbəti xəbərdarlığa qədər yaşayış yerlərinə qayıtmağı qadağan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər