Digər

ABŞ Xark adasını işğal edərsə... - İran

16 Mar 2026, 17:35 2 baxış
ABŞ Xark adasını işğal edərsə... - İran

ABŞ-ın İranın ən böyük neft terminalının yerləşdiyi Xark adasına mümkün hücumu neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.


Axar.az xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri deyib.


“Hörmüz boğazının ağıllı şəkildə idarə olunması sizə yeni neft qiymətləri indeksləri gətirdisə, Xark adasına hücum dünyada fərqli qiymətlərə və enerjinin mürəkkəb paylanmasına səbəb olacaq”, - o bildirib.


Qeyd edək ki, “Axios” mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın İranın Xark adasını ələ keçirməyi düşündüyünü yazmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər