Siyasət

XIII Qlobal Bakı Forumunun sonuncu günü işinə başlayır

14 Mar 2026, 09:42 1 baxış
XIII Qlobal Bakı Forumunun sonuncu günü işinə başlayır
XIII Qlobal Bakı Forumunun sonuncu günü işinə başlayır. Oxu.Az xəbər verir ki, forumun üçüncü günündə dörd panel sessiyanın keçirilməsi planlaşdırılıb. Belə ki, iştirakçılar "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Beynəlxalq sistemin yenidən qurulmasına çağırış" və "Gənclər danışır, biz dinləyirik" adlı panel müzakirələrdə iştirak edəcəklər. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirak etdiyi beynəlxalq tədbir müxtəlif ölkələrin yüksəksəviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir. Martın 12-dən başlayan forum bu gün işini yekunlaşdıracaq. Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər