Siyasət
SEPAH: "İran münaqişənin əvvəlindən bəri İsrailə ən güclü zərbəni endirib"
İran münaqişənin əvvəlindən bəri İsrail ərazisinə ən güclü raket zərbəsini endirib. Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Kosmik Qüvvələrinin komandanı, general Məcid Musəvi bildirib. O qeyd edib ki, hücum zamanı 1-2 ton ağırlığında 30 ədəd superağır ballistik raket buraxılıb. "Bu əməliyyat rejimin mühüm hava müşahidə sistemlərini sıradan çıxarıb və məhv edib. Bu, rejimə qarşı ən güclü döyüş atışı olub. İndi rejimin səmasının daha bir hissəsi bizim nəzarətimiz altındadır", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Mənbə
oxu.az