Siyasət

Şavkat Mirziyoyevin Bakıda Ümumdünya Şəhərsalma Forumunda iştirakı planlaşdırılır - FOTO

13 Mar 2026, 14:34 1 baxış
Şavkat Mirziyoyevin Bakıda Ümumdünya Şəhərsalma Forumunda iştirakı planlaşdırılır - FOTO
"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirakı planlaşdırılır". Bunu Oxu.Az-a açıqlamasında Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov deyib.
O, jurnalistlərə açıqlamasında iki ölkə arasındakı münasibətlərdən də bəhs edib: "Artıq deyə bilərik ki, biz yalnız beş Mərkəzi Asiya dövləti deyilik, birlikdə altı dövlətik. Bu isə çox müsbət haldır. Qardaş Azərbaycanla birlikdə regionda və dünyada baş verən bir çox mühüm proseslərə, problemlərə və məsələlərə dair ortaq yanaşmalarımız var. Fürsətdən istifadə edərək azərbaycanlı qardaşlarımıza səmimi təşəkkürümü bildirmək istəyirəm". Məlik Məlikov
Şavkat Mirziyoyevin Bakıda Ümumdünya Şəhərsalma Forumunda iştirakı planlaşdırılır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər