Zelenskidən təyyarə qəzası ilə bağlı açıqlama: “Sui-qəsd…”

Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalılara İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar hərtərəfli və müstəqil araşdırma aparılacağına söz verib.

TASS xəbər verir ki, Zelenski Ukrayna üçün qəzanın səbəblərinin müəyyən edilməsinin prioritet məsələ olduğunu qeyd edib.

Prezident yanvarın 9-da İrana göndərilən ukraynalı mütəxəssislərin qəzanın səbəblərinin araşdırılması ilə bağlı yaradılmış komissiyaya qoşulmasına ümid etdiyini, o cümlədən, ehtiyac olacağı halda komissiyanın tərkibinə digər əlaqədar qurumların mütəxəssislərinin cəlb edilə biləcəyini vurğulayıb.

Zelenski, eyni zamanda, Ukrayna vətəndaşlarını qəzanın səbəblərinin araşdırılması ilə bağlı komissiyanın rəsmi nəticələri açıqlanana qədər fərziyyələrdən çəkinməyə çağırıb.

“Araşdırma komissiyasının heç olmasa ilkin hesabatını gözləmək lazımdır. Ukraynanın informasiya müharibəsində olduğu bir şəraitdə hər kəsdən xahiş edirəm ki, manipulyasiyalardan, fərziyyələrdən, sui-qəsd nəzəriyyələrindən, tələsik qiymətləndirmələrdən və yoxlanılmamış məlumatlardan uzaq dursun”, – prezident bildirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR