Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı – FOTO

Polşanın Qdansk şəhərində yerləşən tarixi St. Bridcets Kilsəsi özünəməxsusluğu ilə seçilir.

Bununla bağlı fotoları “Sözcü” paylaşıb.

Kilsənin zirzəmisində kəllə sümüklərindən ibarət bir bölmə var.

500 kəllə sümüyünün olduğu kilsədə bu sümüklərin niyə və kimlər tərəfindən buraya qoyulduğu bəlli deyil.

Bu da kilsəni daha sirli bir yer halına gətirib.

Kilsədəki sümüklərlə bağlı bu günlərdə araşdırmalar başlayıb. Dəmir barmaqlıqlarla əhatələnmiş bir bölmədə yerləşən kəllə sümüklərini ziyarətçilər də maraqla izləyir.

Rəylər

OXŞAR XƏBƏRLƏR