Yeni ildə şam ağacı bəzəmək ənənəsi haradan gəlir? – MARAQLI TARİXÇƏ

Yeni ilin əsas simvollarından biri də yolka, yəni şam ağacıdır. Demək olar ki, bayrama bir neçə həftə qalmış insanlar böyük maraqla bu ağacı bəzəyir, ətrafa bayram ab-havası gətirməyə çalışırlar.

Bəs maraqlıdır, Yeni il bayramında yolka bəzəmək ənənəsi haradan qaynaqlanır və bu adət nə vaxtdan mövcuddur?

Sfera.az xəbər verir ki, şam ağaclarının bəzədilməsi misirlilərdən və romalılardan qalma bütpərəstlik rituallarından gələn bir ənənədir.

Qədim misirlilərin, çinlilərin və yəhudilərin ortaq ənənəsi olan həmişəyaşıl ağaclar və çələnglər ölməz həyatın simvolu kimi xarakterizə edilir. Ağaca ehtiram və ya pərəstiş Avropa bütpərəstləri arasında geniş yayılıb.

Eyni zamanda ağacın budaqları və kolları ölümsüzlük rəmzi kimi qəbul edilir və İsa peyğəmbərin çarmıxda taxdığı tikan tacını təmsil etdiyi deyilir. Adətən insanlar Milad ağacının üstündə parlayan ulduzdan istifadə edirlər. İnsanlar belə bir fikirdədirlər ki, ulduz İsanın doğumunu elan edən mələyi xarakterizə edir.

Rəylər

OXŞAR XƏBƏRLƏR