Yaxın günlərdə rayonlara yağış yağacaq, şimşək çaxacaq

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir.

Havanın temperaturu normadan 2-4.5° С yüksək olub. Aprelin 19-da gün ərzində sabit hava şəraiti davam edəcək, lakin сənub-qərb küləyi arabir güclənəcək, saat 20-də şimal-qərb küləyi ilə əvəz olunacaq, 21-də isə güclənəcək.

Bölgələrdə aprelin 20-si gündüzdən ayın 22-dək arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə arabir 25-30 m/san-dək güclənəcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR