Biz kimik? Haradan gəlmişik? Bizi kim yaradıb? Bizi yaradanı kim yaratdı? Kimi suallara fəlsəfi bir yaxınlaşmanı izləyəcəksiniz bu filmdə… Bir çox sual işarəsini aradan qaldırır və yeni sual işarələri meydana çıxır. Əslində bu, əbədi davam edən bir çıxılmaz dairədir…PROMETHEUS son dərəcə ağılla hazırlanmış bir cavab bizim üçün, eyni zamanda da fərqli bir sual…
Film ilk düşünən insandan bu vaxta qədər hər kəsin verdiyi sual üzərindən irəliləyir. Biz kimik? Haradan gəlmişik? Bizi kim yaradıb? Həqiqətən hamımız istər bir dinə inanaq, ya inanmayaq bu sualı içimizdə həmişə soruşuruq. Bəziləri buna cavab verən dinlərə, bəziləri də özlərinin təbiətdəki təsadüflər nəticəsində var olduğuna inanır. Amma yenə də hər kəs həyatında mütləq bu sualı cavab axtarar. Filmdə də iki elm insanı arxeoloji qazıntılar nəticəsində aşkarladıqları mağara şəkillərindən yola çıxaraq dünyadan olduqca uzaq bir qalaktikada bir planet kəşf edirlər. Bu mağara rəsmləri minlərlə illikdir, həmçinin bu rəsmlər coğrafi olaraq bir-birindən çox uzaq olan yerlərdə yerləşir. Elm adamlarımız da bundan yola çıxaraq, bu insanların bizə yəni gələcəkdəki nəsillərinə onları yaradanların evlərini işarə etdiklərini düşünürlər.
Bunun həqiqət olub olmadığını öyrənmək üçün tək bir yol var, o da oraya getməkdir. Oraya gedəndə isə özlərini heç gözləmədikləri hadisələr içərisində tapacaqlar. Bəli, onları yaradan və Dünyaya göndərən bizdən daha ağıllı, habelə bizlərə DNT olaraq və fiziki xüsusiyyətlər baxımından da olduqca bənzəyən canlılar vardır. Üstəlik bu elm insanları ora çatanda nəinki, ağıllarında olan sualların cavablandırılması, hətta sualların sayı daha da artır. ONLAR BİZİ YARATDI, BƏS ONLARI KİM YARATDI? Bu sualın doğrudan da bir cavabı var mı, yoxsa hər hansı bir şeyə inanmaq daha doğru mu?
Robot, insan və müxtəlif varlıqların olduğu bu film sizə yeni bir baxış bucağı qazandıracaq…

İnsanlardan biri robota, “Səni, bəlkə də, sadəcə, yarada bildiyimiz üçün yaratdıq.” deyincə robotun “Siz də yaradanınızdan günün birində eyni cavabı alsanız xoşunuza gələr mi?” cavabı filmin möhtəşəmliyini elə qısaca izah edir….