Xızıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı

Xızı rayonunda “Aşura” mərasimi keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olundular.
AZXEBER.COM-a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şurabad qəsəbəsi ərazisindəki məscidinin qarşısında “Aşura” mərasimi keçirmək istəyən şəxsləri saxlayıblar.
Polis əməkdaşları tərəfindən mövcud karantin qaydaları pozaraq mərasim keçirmək istəyən 4 nəfər qəsəbə sakini saxlanılaraq şöbəyə gətirilib, burada onlar barəsində qanunauyğun tədbirlər görülüb və hər biri 200 manat miqdarında cərimə ediliblər.
Rəylər

OXŞAR XƏBƏRLƏR